Yuxarı

Avropa Film Festivalı çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib

Avropa Film Festivalı çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Avropa İttifaqının yerli nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Avropa Film Festivalı keçirilib.

"Report" xəbər verir ki, festival çərçivəsində Azərbaycan Efiopiyadakı səfirliyinin təşəbbüsü ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən əvvəl səfir Elman Abdullayev çıxış edərək Avropa İttifaqının nümayəndəliyinə təşəkkür edib və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Əbədi ezamiyyət” filminin baş prodüserinin Arzu Əliyeva olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Filmin Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyətinin kəşməkəşli taleyindən, eləcə də dövlətçiliyimizin və diplomatiyamızın tarixindən bəhs etdiyini və xalqımızın dünyəvi və demokratik dəyərlərə hələ XX əsrin əvvəlindən sahib olmasına dair obyektiv təsəvvür yaratdığını bildirib.

Əddis-Əbəbə şəhərində akkreditə olunan bir çox ölkələrin səfirlərinin, yerli ictimaiyyət nümayəndələri və digər şəxslərin izlədiyi film tamaşaçılarda böyük maraq oyadıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi