İlham Əliyev və Mehriban Əliyeva Arif Məlikovun vida mərasimində iştirak ediblər - YENİLƏNİB-2

İlham Əliyev və Mehriban Əliyeva Arif Məlikovun vida mərasimində iştirak ediblər - YENİLƏNİB-2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edib.
Mədəniyyət siyasəti
9 May , 2019 15:04
İlham Əliyev və Mehriban Əliyeva Arif Məlikovun vida mərasimində iştirak ediblər - YENİLƏNİB-2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edib.

"Report"un xəbərinə görə, Prezident və birinci xanım mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər..


*** 14:12

“Report”un müxbiri xəbər verir ki, Xalq artisti Arif Məlikovla vida mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də iştirak edir.


*** 13:54

Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

“Report”un xəbərinə görə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edir.

Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, A.Məlikov 85 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi