Yuxarı

Araz Ağalarov: "Sentyabrda Moskvada Müslüm Maqomayevin barelyefi quraşdırılacaq"

Araz Ağalarov: "Sentyabrda Moskvada Müslüm Maqomayevin barelyefi quraşdırılacaq"
Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısındakı binada barelyefin quraşdırılmasına icazəni Moskva meri Sergey Sobyanin verib
© Report

Moskva. 19 avqust. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada məşhur Sovet və Azərbaycan müğənnisi Müslüm Maqomayevin yaşadığı Yeliseyevski küçəsindəki binaya onun barelyefi quraşdırılacaq.

Bu barədə "Report"un Rusiya bürosuna "Crocus Group" şirkətlər qrupunun prezidenti Araz Ağalarov deyib.

Onun sözlərinə görə, sənətkarımızın Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısındakı yaşadığı binada barelyefinin quraşdırılmasına icazəni şəxsən Moskva meri Sergey Sobyanin verib.

"Biz Müslümlə yalnız tanış yox, həm də yaxın dost idik. Buna görə də onunla bağlı olan hər şey mənim üçün çox qiymətlidir. Bütün İttifaq, həmçinin SSRİ-nin siyasi rəhbərliyi onu sevir və qiymətləndirirdi. Çünki o, bütün dünyada təkcə Azərbaycanı deyil, Sovet İttifaqını təmsil edirdi", - deyə biznesmen bildirib.

O, böyük tenorun barelyefinin təntənəli açılışının Moskvada sentyabrın 15-də keçiriləcəyini də əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi