Yuxarı

Amerikalı caz ifaçısı Azərbaycanda bir sıra konsertlər verəcək

Amerikalı caz ifaçısı Azərbaycanda bir sıra konsertlər verəcək
Bakıda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib
© Report.az

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə məşhur amerikalı caz vokalisti Qabriella Stravelli və onun qrupu Azərbaycanda bir sıra konsertlər verəcək.

"Report" xəbər verir ki, aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində amerikalı vokalist və azərbaycanlı müğənni Sevda Ələkbərzadənin konserti olub. Konsertdə iştirak edənlər onların ifasında bir sıra caz ifalarını dinləyib.

Bundan əlavə, Q.Stravelli aprelin 13-də Xaçmazda, 14-də Salyanda, 15-də Kürdəmirdə, 16-da isə Gəncədə konsertlər verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi