Alim Qasımov Abu-Dabidə konsertdə iştirak edəcək

Alim Qasımov Abu-Dabidə konsertdə iştirak edəcək Umsiyat konsertləri illik Abu Dabi musiqi proqramı çərçivəsində paytaxtın Muşrif parkında keçiriləcək
Mədəniyyət siyasəti
18 Yanvar , 2016 12:24
Alim Qasımov Abu-Dabidə konsertdə iştirak edəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ BƏƏ-də açıq havada bir sıra musiqi konsertləri keçiriləcək. "Report" "The National" nəşrinə istinadən xəbər verir ki, tədbirin məqsədi regionun mədəni irsinin bayram kimi qeyd edilməsidir.

Konsertdə pakistanlı müğənni Faiz Əli Faiz, livanlı Abir Nehme, türkiyəli musiqiçi Kudsi Erguner kimi məşhur ustalar, eləcə də Azərbaycandan dünya şöhrətli muğam ifaçısı Alim Qasımov iştirak edəcək.

Umsiyat konsertləri Abu Dabinin Turizm və Mədəniyyət İdarəsinin illik musiqi proqramı çərçivəsində paytaxtın Muşrif parkında keçiriləcək.

İlk konsert artıq bazar günü keçirilib.

Son xəbərlər

Orphus sistemi