Afaq Bəşirqızı: "Xasiyyətinə və mərdliyinə görə Fuad Poladova böyük rəğbətim var"

Afaq Bəşirqızı: "Xasiyyətinə və mərdliyinə görə Fuad Poladova böyük rəğbətim var" Bakı. 5 may. REPORT.AZ/ Bu gün Fuad Poladov, Azərbaycanın görkəmli, peşəkar bir aktyoru dünyasını dəyişib. Gördüyünüz kimi sənət adamları, onun sənətinə önəm verən insanlar, onu sevənlər, belə gündə bura toplaşıb.
Mədəniyyət siyasəti
5 May , 2018 13:37
Afaq Bəşirqızı: Xasiyyətinə və mərdliyinə görə Fuad Poladova böyük rəğbətim var
Xalq artisti Afaq Bəşirqızı / Report/ Firi Salim

Bakı. 5 may. REPORT.AZ/ "Bu gün Fuad Poladov, Azərbaycanın görkəmli, peşəkar bir aktyoru dünyasını dəyişib. Gördüyünüz kimi sənət adamları, onun sənətinə önəm verən insanlar, onu sevənlər, belə gündə bura toplaşıb".

"Report"un xəbərinə görə, bunu xalq artisti Fuad Poladovun vida mərasimində xalq artisti Hacı İsmayılov deyib.

"O, sözün əsl mənasında Azərbaycan teatrının, Azərbaycan kinosunun, ölkə televiziya və radiosunun tanınmış simalarından biri idi", - deyə H.İsmayılov əlavə edib.

Xalq artisti Afaq Bəşirqızı isə Fuad Poladovla sonuncu dəfə bir ay əvvəl danışdığını bildirib: "Vəziyyəti ağır olandan sonra danışa bilmədi. Amma yenə də onunla əlaqə saxlayırdıq. Bu sənətə gələndən Fuadı tanıyıram. Xasiyyətinə və mərdliyinə görə ona böyük rəğbətim var. Ən əsası isə mərdliyinə görə. Heç vaxt heç kimin qarşısında əyilmədi. Öz əqidəsindən dönmədi. Dediyi sözün hər zaman sahibi oldu. Ona görə də mən onun pərəstişkarıyam".

Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Son xəbərlər

Orphus sistemi