“ADA” Universitetində V Beynəlxalq Festival keçirilib - FOTO

“ADA” Universitetində V Beynəlxalq Festival keçirilib - FOTO Festivalın sonunda "ADA"da təhsil alan tələbələr ölkələrinin milli rəqslərini nümayiş etdirib
Mədəniyyət siyasəti
20 Noyabr , 2015 20:00
“ADA” Universitetində V Beynəlxalq Festival keçirilib - FOTO

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün “ADA” Universitetində V Beynəlxalq Festival keçirilib.

"Report"un məlumatına görə, ənənəvi illik festivalda “ADA Universitetində” təhsil alan xarici tələbələr ölkələrinin milli mədəniyyətini, musiqi və mətbəx nümunələrini nümayiş etdiriblər.

Bu il Beynəlxalq Festivalda "ADA" Universitetində tələbələri ilə təmsil edilən 39 ölkə iştirak edib. Sərgi guşələrinin tərtib edilməsində köməklik göstərən 34 ölkənin səfirlikləri və Avropa İttifaqının nümayəndəliyindən rəsmi şəxslər də qatılıb.

Tədbirdə müxtəlif xalqların mədəniyyət nümunələrindən ibarət konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “ADA” Universitetində bakalavr və magistr pillələrində 39 ölkədən 100 tələbə təhsil alır. Onlardan 52-si Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən “Əlimərdan bəy Topçubaşov” təqaüdünü qazanıb. Səkkiz nəfər isə “ADA” Universitetinin beynəlxalq tərəfdaşları olan ali təhsil müəssisələri, o cümlədən Böyük Britaniyanın Qlazqo, Fransanın İESEG menecment məktəbi, Koreya Respublikasının Hankuk, ABŞ-ın Miçiqan və Türkiyənin Giresun universitetləri ilə mübadilə proqramları çərçivəsində təhsil alan tələbələrdir.

Son xəbərlər

Orphus sistemi