​34-cü İstanbul Film Festivalı öz işinə başlayıb - FOTO

​34-cü İstanbul Film Festivalı öz işinə başlayıb - FOTO Açılış mərasimində bu ilin şərəf mükafatlarının təqdimatı olub
Mədəniyyət siyasəti
4 Aprel , 2015 10:46
​34-cü İstanbul Film Festivalı öz işinə başlayıb - FOTO

Bakı. 04 aprel. REPORT.AZ/ Sənət dünyasından tanınmış simaların iştirak etdiyi 34-cü İstanbul Film Festivalı  açılış mərasimi ilə öz işinə başlayıb. "Report"un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, açılış mərasimində bu ilin şərəf mükafatlarının təqdimatı olub.

İlk mükafat 395 ssenari ilə adı Ginnesin Rekordlar Kitabına düşən Safa Önala Türkan Şoray tərəfindən təqdim edilib. Növbəti mükafatlar Türkiyənin tanınmış simaları olan aktrisa Nebahat Çehre, Rok musiqisinin yaradıcılarından Cahit Berkay, rejissor və prodüser Yılmaz Atadeniz, aktyor Süleyman Turan və başqalarına verilib.

Qeyd edək ki, İstanbul Mədəniyyət Sənət Fondu tərəfindən təşkil edilən bu tədbir çərçivəsində Türkiyə və dünya kinematoqrafının mükafat qazanmış əsərləri nümayiş etdiriləcək. İki həftə davam edəcək festival 19 apreldə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi