34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq

34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq 200-dən çox kinolentin nümayiş etdiriləcəyi festival iki həftə davam edəcək
Mədəniyyət siyasəti
10 Mart , 2015 21:13
34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq

Bakı. 10 mart. REPORT.AZ/ 34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq.

"Report"un TRT-yə istinadən verdiyi xəbərə görə, İstanbul Mədəniyyət Sənət Fondu tərəfindən təşkil edilən bu tədbir çərçivəsində Türkiyə və dünya kinomatoqrafının mükafat qazanmış əsərləri nümayiş etdiriləcək.

Ümumilikdə 62 ölkədən 200-dən çox kinolentin göstəriləcəyi festival iki həftə davam edəcək.

Festivalın sonunda isə Milli və Beynəlxalq "Qızıl Lalə" mükafatının sahibləri elan olunacaq. Təşkilatçılat bildirir ki, bu il beynəlxalq "Qızıl Lalə" nominasiyasında 12 film mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi