18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür Bu il İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan xalqının milli sərvəti olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi kimi tarixi və əlamətdar hadisənin 20 illiyini qeyd edir. Tarixi abidələrlə zəngin olan qədim şəhər özü özlüyündə bir muzey və tariximizin daş yaddaşı hesab olunur. ⠀
Mədəniyyət siyasəti
18 Aprel , 2020 15:57
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür

Bu il "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan xalqının milli sərvəti olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi kimi tarixi və əlamətdar hadisənin 20 illiyini qeyd edir. Tarixi abidələrlə zəngin olan qədim şəhər özü özlüyündə bir muzey və tariximizin daş yaddaşı hesab olunur. ⠀

"Report"un xəbərinə görə, hər il 18 aprel "Tarixi vətənimizi qoruyaq" şüarı altında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi əksər dünya ölkələrində, eləcə də, Azərbaycanda qeyd edilir və dünya mədəni irsi kimi tanınır.

Bu əlamətdar gün 1982-ci ildə YUNESKO-nun nəzdində yaradılan ICOMOS-Abidələrin və Tarixi Yerlərin Qorunması üzrə Beynəlxalq Şura tərəfindən təsis edilmişdir və artıq 38 ildir ki, qeyd olunur.

"İçərişəhər" DTMQİ bu münasibətlə ICOM, OWHC, NEMO kimi beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin İçərişəhərlə bağlı dəyərli fikir və təbriklərinin yer aldığı videoçarx da hazırlayıb.

Son xəbərlər

Orphus sistemi