Bakı. 11 iyul. REPORT.AZ/ YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik edilib.
"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sənədə əsasən, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilib.