Bakı. 9 iyul. REPORT.AZ/ Bonn şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası başa çatıb.
"Report"
Ümumdünya İrsi siyahısına digərləri arasında, Norveçdəki Ryukan və Nutodden tarixi sənaye kompleksləri, Almaniyadakı "Çili evi", Şpayxerştadt və Kontorhaus kvartalları, Böyük Britaniyadakı Fort-Bridc körpüsü, Yaponiyadakı sənaye inqilabının abidələri olan fabriklər, limanlar və kömür şaxtaları da daxil edilib.
Ümumdünya İrsi siyahısına Ümumdünya mədəni və təbii irsin qorunması Konvensiyana üzv ölkələrdə yerləşən mindən artıq obyekt daxildir.
Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası gələn il iyulun 10-dan 20-dək İstanbulda (Türkiyə) keçiriləcək.