Yuxarı

YUNESKO-nun ekspertlər qrupu Palmiranın qorunması üçün görüləcək tədbirləri müəyyənləşdirəcək

Səfərin nəticələri Berlində keçiriləcək Suriyanın mədəni dəyərlərin qorunmasına həsr olunmuş görüşdə müzakirə olunacaq

Bakı. 27 aprel. REPORT.AZ/ YUNESKO-nun ekspertlər qrupu Suriyanın qədim Palmira şəhərinə yollanıb. Onlar terrorçular tərəfindən bu mədəni irs abidəsinə vurulmuş zərərin qiymətləndirilməsi üçün təlimatlandırılıb.

"Report" Birləşmiş Millətlər Təşkilatının informasiya mərkəzinə istinadən xəbər verir ki, ekspertlər həmçinin qədim şəhərin xarabalıqlarının və orada yerləşən muzeyin bərpası üçün kompleks tədbirlər planı müəyyənləşdirməlidir.

"Palmiraya səfərin əsas məqsədi dözülməz zərərin qarşısının alınması məqsədilə vurulmuş ziyanın qiymətləndirilməsidir", - deyə YUNESKO-nun baş direktoru İrina Bokova bildirib.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Suriyanın Palmira şəhəri I əsrdən günümüzə qədər gəlib çatmış memarlığının şah əsərlərindəndir. Amma İŞİD terrorçuları şəhərdə yerləşən bir sıra abidələri, o cümlədən Zəfər tağını və Afina aslanının məşhur heykəlini məhv edib.

Missiyanın səfərinin nəticələri 2-4 iyun Berlində YUNESKO-nun himayəsi altında keçiriləcək Suriyanın mədəni dəyərlərin qorunması haqqında müzakirə olunacaq.

Səfərin nəticələri iyunun 2-4-də YUNESKO-nun himayəsi altında Berlində keçiriləcək Suriyanın mədəni dəyərlərin qorunmasına həsr olunmuş görüşdə müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi