YUNESKO-nun 70 yaşı tamam olur

YUNESKO-nun 70 yaşı tamam olur Təşkilatın 195 həqiqi və 10 assosiativ üzvü var
Mədəniyyət siyasəti
16 Noyabr , 2015 12:29
YUNESKO-nun 70 yaşı tamam olur

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün YUNESKO-nun 70 yaşı tamam olur. "Report" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO 16 noyabr 1945-ci il tarixində yaradılıb.

Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkənin nümayəndələrinin qatıldıqları yığıncaqda qəbul edilib və 4 noyabr 1946-cı ildə 20 üzv ölkənin ratifikasiyası ilə qüvvəyə minib.

Hazırda təşkilatın 195 həqiqi və 10 assosiativ üzvü var, mənzil-qərargahı Parisdə (Fransa) yerləşir. YUNESKO-nun hazırkı baş direktoru Bolqarıstanın keçmiş xarici işlər naziri İrina Bokovadır.

YUNESKO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

YUNESKO-nun Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı var. Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans 1946-1953-cü illər arasında hər il, 1954-cü ildən bəri isə iki ildən bir toplaşır. Ümumi Konfrans təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzvlərini və Baş Direktoru seçir, YUNESKO-nun iş proqramlarını qəbul edir və büdcəni təsdiq edir.

Son xəbərlər

Orphus sistemi