Yelena Tverdoxleb: “Azad Şuşa Azərbaycanın parlaq qələbəsinin simvoluna çevrilib”

Yelena Tverdoxleb: “Azad Şuşa Azərbaycanın parlaq qələbəsinin simvoluna çevrilib” “8 noyabr güc və milli qürur bayramına çevrilib. Bu gün Azərbaycan Respublikasının nüfuzu və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir”.
Mədəniyyət siyasəti
9 Noyabr , 2021 15:09
Yelena Tverdoxleb: “Azad Şuşa Azərbaycanın parlaq qələbəsinin simvoluna çevrilib”

“8 noyabr güc və milli qürur bayramına çevrilib. Bu gün Azərbaycanın nüfuzu və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir”.

Bunu “Report”un Rusiya bürosuna "Kinolestnitsa" yaradıcılıq birliyinin baş prodüseri Yelena Tverdoxleb bildirib.

O, Vətən müharibəsində qələbənin birinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Həlak olmuş hərbçilərin ailələrinə həmkarlarım adından dərin hünlə başsağlığı verirəm”.

O qeyd edib ki, əsgərlərin şücayəti və azad Şuşa Azərbaycanın parlaq qələbəsinin simvoluna çevrilib.

“Qoy Şuşa dağlarının yamaclarında yetişən əfsanəvi Xarıbülbül gülü öz doğma torpağında boy atsın və çiçəklənsin. Zəfər Gününüz mübarək! Azərbaycana xoşbəxtlik və firavanlıq arzu edirəm!”, - baş prodüser deyib.

Son xəbərlər

Orphus sistemi