Yaqub Zurufçu dəfn edilib

Yaqub Zurufçu dəfn edilib Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun cənazəsi “Qurd qapısı” qəbiristanlığına gətirilib.
Mədəniyyət siyasəti
15 Sentyabr , 2021 13:20
Yaqub Zurufçu dəfn edilib

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

“Report” xəbər verir ki, mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər mədəniyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib

13:08

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun cənazəsi “Qurd qapısı” qəbiristanlığına gətirilib.

“Report” xəbər verir ki, Y.Zurufçu mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılacaq.

Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Son xəbərlər

Orphus sistemi