Yuxarı
    Bağlamaq

    Yapon musiqiçi Bakıya səfər edəcək

    Dünya şöhrətli yapon piano ifaçısı Çisato Kusunoki konsert proqramı təqdim edəcək

    Bakı. 13 noyabr. REPORT.AZ/ Yaponiyanın tanınmış musiqiçisi, dünya şöhrətli pianoçu Çisato Kusunokinin Bakıda konserti keçiriləcək.

    "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, yapon musiqiçi noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edəcək.

    Çisato Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu, SSRİ xalq artisti Murad Kajlayevə həsr olunmuş konsertdə çıxış edəcək. Həmçinin, yapon ifaçının Murad Kajlayevlə birlikdə Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşləri olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi