Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb

Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.
Mədəniyyət siyasəti
15 İyul , 2019 09:36
Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb

Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

Bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yusif Rzazadə deyib.

O bildirib ki, atası bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək: "Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. 

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi