XTQ zabiti Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib

XTQ zabiti Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib XTQ zabiti, qazi kapitan Polad Rzayev 29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.
Mədəniyyət siyasəti
18 Avqust , 2021 09:56
XTQ zabiti Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib
Polad Rzayev

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, qazi kapitan Polad Rzayev 29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən "Report"a verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı xüsusi şücaət göstərən, Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Polad Rzayev atası Tofiq Oğuzun 29 il sonra "Tar Sexi" adlanan ərazidə şəhadətə ucaldığı məkanı görmək imkanı qazanıb.

Xatırladaq ki, Tofiq Oğuz əfsanəvi "Qarabağ" batalyonunun komandiri olub.

Son xəbərlər

Orphus sistemi