XTNS-də "Azərbaycan" pavilyonunun bərpası zamanı iki tarixi heykəl yenidən hazırlanacaq

XTNS-də "Azərbaycan" pavilyonunun bərpası zamanı iki tarixi heykəl yenidən hazırlanacaq Bakı. 1 dekabr. REPORT.AZ/ Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) əvvəllər 14 saylı pavilyonu bəzəyən Azərbaycanlı qadın və Çoban heykəlləri yenidən hazırlanacaq.
Mədəniyyət siyasəti
1 Dekabr , 2018 11:27
XTNS-də Azərbaycan pavilyonunun bərpası zamanı iki tarixi heykəl yenidən hazırlanacaq
ВДНХ

Bakı. 1 dekabr. REPORT.AZ/ Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) əvvəllər 14 saylı pavilyonu bəzəyən "Azərbaycanlı qadın" və "Çoban" heykəlləri yenidən hazırlanacaq.

Report "mos.news" portalına istinadən xəbər verir ki, heykəllər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılmış müəlliflik surətləri əsasında yaradılacaq.

Fiqurlardan silikon formalar çıxarılacaq və Moskvaya göndəriləcək. Bərpa işləri 2019-ci ildə başa çatacaq.

"Azərbaycan" pavilyonu 1939-ci ildə tikilib. "Çoban" heykəlini yaratdığına görə müəllif Fuad Əbdürrəhmanov vaxtilə "Stalin" mükafatına layiq görülmüşdür. 

Son xəbərlər

Orphus sistemi