Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi müzakirə olunub

Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi müzakirə olunub Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir
Mədəniyyət siyasəti
11 İyul , 2017 12:40
Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi müzakirə olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.

Azərbaycan nümayəndə heyəti “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”ni sözügedən siyahıya təqdim edib. 

Sessiyada təqdim edilən nominasiya da müzakirə olunub. Müzakirələr zamanı komitənin üzv ölkələri məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq Şəkinin müvafiq kriteriyalar üzrə ümumdünya irsi hesab olunmağa layiq olduğunu bildiriblər. Bildirilib ki, nəticə etibarilə YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı “referral” qərarı verilib. Bu isə o deməkdir ki, obyektiv olaraq abidənin müstəsna universal dəyəri komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə və digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.

Son xəbərlər

Orphus sistemi