Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb

Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Azərbaycanın Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.
Mədəniyyət siyasəti
180
8 Sentyabr , 2021 11:22
Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb
Şahmar Ələkbərov

Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.

Dövlət Film Fondundan "Report"a verilən məlumata görə, şəxsi arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

Qeyd edək ki, arxivin böyük hissəsi Ş.Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.

Son xəbərlər

Orphus sistemi