Xalq artisti ilə bağlı film çəkilib

Xalq artisti ilə bağlı film çəkilib Azərbaycan Televiziyası (AzTV) Xalq artisti Mənsum İbrahimov haqqında sənədli film çəkib.
Mədəniyyət siyasəti
311
23 Sentyabr , 2021 14:52
Xalq artisti ilə bağlı film çəkilib
Mənsum İbrahimov

Azərbaycan Televiziyası (AzTV) Xalq artisti Mənsum İbrahimov haqqında sənədli film çəkib.

Bunu "Report"a açıqlamasında Xalq artistinin özü deyib.

M.İbrahimov bildirib ki, filmin çəkilişlərinə keçən il start verilsə də, Vətən müharibəsinin başlamasına görə yarımçıq dayandırılıb: "Keçən il AzTV ilə Ağdamda sənədli filmin çəkilişinə başlamışdıq. Müharibə başladığı üçün çəkilişləri dayandırdıq. Bu ay çəkilişlərə yenidən davam etdik. Bir müddət əvvəl Şuşada olan çəkilişlər də yekunlaşdı. Filmdə bir çox maraqlı kadrlar yer alıb. Süjet xətti etibarilə də fərqli bir filmdir. İnanıram ki, tamaşaçılar özü də izləyəndə bu fərqi hiss edəcək. Yəqin ki, film yaxın zamanlarda AzTV-də yayımlanacaq".

Son xəbərlər

Orphus sistemi