Şimali Atlantika alyansının “Northern Coasts” hərbi-dəniz qüvvələrinin təlimləri başlayıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, “Northern Coasts” manevrləri 2007-ci ildən bəri hər il keçirilir.
Bu dəfəki, təlimlərdə 18 ölkənin hərbçiləri iştirak edir.
Şimal və Baltik dənizləri arasındakı Danimarka boğazında 3 min hərbçi və 40 gəminin iştirakı ilə keçirilən təlimlər sayca 13-cüdür.