Xalq artisti Arif Babayev evdə müalicə olunur

Xalq artisti Arif Babayev evdə müalicə olunur Bir müddət əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə alan Xalq artisti Arif Babayevin vəziyyəti açıqlanıb.
Mədəniyyət siyasəti
15 Noyabr , 2021 16:01
Xalq artisti Arif Babayev evdə müalicə olunur
Arif Babayev
0 : 00
0 : 00

Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

Bunu "Report"a Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.

Son xəbərlər

Orphus sistemi