Xalça Muzeyində Kəlbəcərin işğal edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Xalça Muzeyində Kəlbəcərin işğal edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib Tədbirdə bir sıra şəxslər Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər
Mədəniyyət siyasəti
2 Aprel , 2017 19:43
Xalça Muzeyində Kəlbəcərin işğal edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinin Şuşa filialının təşkilatçılığı ilə Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24-cü ildönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı - Kəlbəcər” adlı tədbir təşkil olunub.

Xalça Muzeyindən "Report"a verilən məlumaata görə, tədbirdə Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova, Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bərzani Ələsgərov, Kəlbəcər Şəhid Müzeyinin elmi-işçisi, BDU-nin Tarix fakultəsinin disertantı Ramiz Nəcəfli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva, həmçinin AYB-nin Qarabağ bölməsinin sədri, fəlsəfə elmləri doktoru, şair Ənvər Əhməd və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər.

Sonra Kəbəcər Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından - xurcun, məfrəş, səhəng, xalça, süxur həmçinin minerallar, çarıq, ağac növləri, Kəlbəcər muzeyinin açarları, mis qablardan ibarət sərgi və Cənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi “Kəlbəcərə virtual səyahət” adlı videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi