Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir Martin Rotu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dəvət edib
Mədəniyyət siyasəti
8 Aprel , 2015 09:32
Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

Bakı. 8 aprel. REPORT.AZ/ Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rotu Azərbaycana dəvət edib.

"Report" xəbər verir ki, professor Martin Rot və onu müşayiət edən köməkçisi Yekaterina Taşeva aprelin 8-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.
Qeyd edək ki, Professor Martin Rot aprelin 9-da Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi