Yuxarı

Vaşinqtonda Novruz bayramı qeyd edilib

Tədbir TÜRKSOY-un təşəbbüsü ilə keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanlı və qazaxıstanlı uşaqlar Vaşinqtonda Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, tədbir TÜRKSOY-un təşəbbüsü ilə Vaşinqtonun mərkəzində keçirilib. Tədbirdə Ağ Evin, Dövlət Departamentinin, ABŞ Konqresinin, diplomatik korpusların, eləcə də ABŞ-ın biznes və ictimai dairələrinin nümayəndələri iştirak edib.

Tədbirdə qonaqlara bayramın tarixi və adət-ənənələri haqqında məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi