​Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb

​Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır
Mədəniyyət siyasəti
8 Oktyabr , 2015 11:14
​Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə MR-in Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Gülüstan türbəsində bərpa işlərinin elmi əsaslarla aparılmasını təmin etmək tapşırılıb.

Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına isə bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Qeyd edək ki, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Gülüstan türbəsi böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarıdır.

Son xəbərlər

Orphus sistemi