Azərbaycan və Özbəkistan birgə filminin çəkilişləri "Space"in keçmiş rəhbərinə tapşırılıb

Azərbaycan və Özbəkistan birgə filminin çəkilişləri "Space"in keçmiş rəhbərinə tapşırılıb Daşkənddə Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib.
Mədəniyyət siyasəti
4 Oktyabr , 2021 13:33
Azərbaycan və Özbəkistan birgə filminin çəkilişləri Spacein keçmiş rəhbərinə tapşırılıb
Vaqif Mustafayev

Daşkənddə Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Rüfət Həsənov və ÖzbəkKino Milli Agentliyinin baş direktorunun birinci müavini Şuhratilla Rizayev tərəfindən memorandum imzalanıb.

Memorandum özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutur. İlkin olaraq yaxın müddətdə “Molla Nəsrəddin” filminin istehsalı qərarlaşdırılıb.

Ekran əsəri Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayev çəkəcək.

Xatırladaq ki, V.Mustafayev 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi