Üzeyir Hacıbəylinin əsərləri Budapeştdə ifa ediləcək

Üzeyir Hacıbəylinin əsərləri Budapeştdə ifa ediləcək Konsertin dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov olacaq
Mədəniyyət siyasəti
21 Sentyabr , 2015 09:27
Üzeyir Hacıbəylinin əsərləri Budapeştdə ifa ediləcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyi ilə bağlı Budapeştdə bir sıra tədbirlər keçirilir.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu tədbirlərdən biri Macarıstanın "Dunay" simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarının əsərlərindən ibarət konsertdir.

Konsert dekabrın ilk ongünlüyündə baş tutacaq. Konsertin dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov olacaq. 

Son xəbərlər

Orphus sistemi