UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib

UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib UNESKO bu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib.
Mədəniyyət siyasəti
1 Avqust , 2019 14:40
UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib

UNESKO bu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

İnsan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib:

- ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması;

- mədəniyyətlərarası dialoq;

- informasiya və kommunikasiya texnologiyaları;

- münaqişələrin sülh yolu ilə həlli.

Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan bu proqramda hökümət, qeyri-hökümət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilərlər.

Sənəd qəbulu noyabrın 29-da başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi