UNESCO-nun rəsmisi: "Gələn il Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq"

UNESCO-nun rəsmisi: "Gələn il Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq" "Azərbaycanın təşəbbüskarı olduğu UNESCO-nun mədəniyyətlərarası dialoq e-platforması bu gün uğurla fəaliyyət göstərir"
Mədəniyyət siyasəti
3 Oktyabr , 2018 13:15
UNESCO-nun rəsmisi: Gələn il Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq

Paris. 3 oktyabr. REPORT.AZ/ "Gələn ilin may ayında Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Belinda Preiss bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarı və yaradıcısı olduğu UNESCO-nun mədəniyyətlərarası dialoq e-platforması bu gün uğurla fəaliyyət göstərir: "Azərbaycanın irəli sürdüyü platforma bu gün UNESCO-nun ən çox istifadə edilən platformasıdır. Bu platforma dünyanın hər yerindən uğurlu təcrübələri bir araya gətirməklə xalqlar arasında körpü yaratmağa xidmət edir".

"Biz bu gün UNESCO çərçivəsində üzv dövlətlərlə birlikdə mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi yollarını araşdırırıq. Əsas məqsədimiz mədəniyyətlərarası dialoqu daha da inkişaf etdirməyin yolunu tapmaqdır. Hazırda gələn ilin may ayında Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq. Forumda təşkilati məsələlərlə bağlı da yeniliklər olacaq. Azərbaycanın müəllifi olduğu bu qlobal əhəmiyyət daşıyan mövzunun çiçəklənməsi üçün UNESCO-nun bütün üzvləri ilə birlikdə səfərbər olmuşuq", - B.Preiss deyib.

nbsp;

Hazırda gələn ilin may ayında Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq. Forumda təşkilati məsələlərlə bağlı da yeniliklər olacaq. Azərbaycanın müəllifi olduğu bu qlobal əhəmiyyət daşıyan mövzunun çiçəklənməsi üçün UNESCO-nun bütün üzvləri ilə birlikdə səfərbər olmuşuq. 

Belinda Preiss

Заведующая отделом по межкультурному диалогу ЮНЕСКО Белинда Прайс

Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur. Forum BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və ISESCO-nun dəstəklədiyi təşəbbüsdür.

Son xəbərlər

Orphus sistemi