UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu layihə qəbulunu açıq elan edir

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu layihə qəbulunu açıq elan edir UNESCO 17 mart - 16 iyun tarixlərində Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonda (IFCD) layihə müraciətlərini qəbul edəcək
Mədəniyyət siyasəti
5 Aprel , 2021 12:41
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu layihə qəbulunu açıq elan edir

UNESCO 17 mart - 16 iyun tarixlərində Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonda (IFCD) layihə müraciətlərini qəbul edəcək.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan bu Fond inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur.

Bu il Fond, “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” təşəbbüsünə qoşularaq, inkişaf etməkdə olan 2005-ci il Konvensiyasının üzv ölkələrində yaradıcı iqtisadiyyata güclü töhfələr verməyi hədəfləyən layihələr həyata keçiriməyə çağırır.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər layihə təkliflərini təqdim edə bilərlər.

Layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:

- Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
- İnkişaf etməkdə olan ölkələrdə yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.

Bütün layihələr nəticədə dayanıqlı yaradıcı ekosisteminin yaradılmasına və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməlidir. 2010-cu ildən etibarən Fond 120 layihə üzrə altmış inkişaf etməkdə olan ölkəyə 8.7 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərmişdir.

Sayca 12-ci olan layihə qəbulu çağırışına son müraciət tarixi 16 iyundur. Daha öncə təqdim olunan layihələrlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://en.unesco.org/creativity/ifcd/projects

Ətraflı məlumat əldə etmək üçün: UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik [email protected]

Son xəbərlər

Orphus sistemi