UNESCO-da Novruz bayramı qeyd edilib

UNESCO-da Novruz bayramı qeyd edilib Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramı qeyd olunub.
Mədəniyyət siyasəti
18 Mart , 2022 02:51
UNESCO-da Novruz bayramı qeyd edilib

Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında Novruz bayramı qeyd olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə həmin ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, təşkilatın Baş katibi Odri Azulay (Audrey Azoulay), Baş katibin müavini Xing Qu, UNESCO Baş Konfransının prezidenti Santiago İrazabal Mourao, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, jurnalistlər, diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi nümayəndələr Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıblar, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğulayıblar.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Novruzun sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini qonaqların diqqətinə çatdırıb.

Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər. Azərbaycan xalq mahnılarını tütək və balabanda Səddam Novruzbəyov ifa edib.

İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, şirniyyatları təqdim olunub. UNESCO-nun Baş katibi Odri Azulay Azərbaycanın bayram stendini ziyarət edib.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi