Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
8 dekabr 2022 15:55
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyev barəsində videoçarx nümayiş etdirilib.

Eyni zamanda Əməkdar artist Aybəniz Haşımova və "Sənət" akademiyasının üzvlərinin ifasında konsert proqramı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi