Ukraynada Novruz bayramı "Arşın mal alan" operettasıyla qeyd olunacaq

Ukraynada Novruz bayramı "Arşın mal alan" operettasıyla qeyd olunacaq Dnepropetrovskun mərkəzi meydanında böyük bayram konserti və yarmarka keçiriləcək
Mədəniyyət siyasəti
18 Mart , 2016 12:54
Ukraynada Novruz bayramı Arşın mal alan operettasıyla qeyd olunacaq

Bakı. 18 mart. REPORT.AZ/ Martın 20-də Dnepropetrovskun Maydan Qəhrəmanları meydanında Novruz bayramı şənliyi təşkil olunacaq.

"Report"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə şəhər başçısının müşaviri Oleq Rostovtsev məlumat verib.

Onun sözlərinə görə, Dnepropetrovsk meri Boris Filatov tonqalını alovlandıracaq və bayramı açıq elan edəcək.

Bayram tədbirinə şəhər rəhbərliyi ilə yanaşı, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də dəvət edilib.

Novruz bayramının qeyd edilməsi çərçivəsində Ukrayna xalq artistləri Qurban Abbasov və Ukrayna Milli Operasının solsiti Yelena Kuldirkayeva, "Azərbaycan" xalq mahnı və rəqs ansamblı, Ukrayna xalq artistləri Tatyana və Andrey Babiçin iştirakıyla böyük konsert proqramı keçiriləcək. Şevçenko adına teatrın aktyorları məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasından bir hissəni Ukrayna dilində tamaşaçılara nümayiş etdirəcək.

Meydanda bayram yarmarkası da təşkil olunacaq. Yarmarkada şərq şirniyyatları, ənənəvi Azərbaycan yeməkləri və xalq sənəti nümunələrini almaq mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi