TÜRKSOY-un Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir

TÜRKSOY-un Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir Azərbaycan nümayəndə heyəti toplantıda iştirak edir
Mədəniyyət siyasəti
21 Noyabr , 2014 10:11
TÜRKSOY-un Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazirliyinin yaydığı məlumatda bildirilib.

Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının Baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatının dinlənilməsi, 2015-ci il üçün tədbirlər planının təsdiqi, təşkilatın yeni müddət üçün baş katibinin seçilməsi, 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq şəhərin müəyyən edilməsi və başqa məsələlərə dair qərarların qəbul edilməsi nəzərdə tutulub. Dönəm toplantısında iştirak edən nümayəndə heyətlərinin 2014-cü ildə Kazan şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" olması münasibəti ilə keçiriləcək bağlanış mərasimində, TÜRKVİSİON beynəlxalq mahnı müsabiqəsinin final konsertində iştirakı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti tərəfindən qəbulu da nəzərdə tutulub.

Toplantı noyabrın 22-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi