TÜRKSOY türkdilli dövlətlərin müstəqilliyinin 25-ci ildönümünün birlikdə qeyd edilməsini istəyir

TÜRKSOY türkdilli dövlətlərin müstəqilliyinin 25-ci ildönümünün birlikdə qeyd edilməsini istəyir Qırğız Respublikanın baş naziri ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi görüşüb
Mədəniyyət siyasəti
8 Sentyabr , 2016 10:13
TÜRKSOY türkdilli dövlətlərin müstəqilliyinin 25-ci ildönümünün birlikdə qeyd edilməsini istəyir

Bakı. 8 sentyabr. REPORT.AZ/ TÜRKSOY türkdilli dövlətlərin müstəqilliyinin 25-ci ildönümünü birlikdə qeyd etməyi təklif edib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, Qırğız Respublikanın baş naziri Sooronbay Jeenbekov TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinovu qəbul edib. Görüşdə baş katib təşkilatın cari və gələcək fəaliyyəti ilə bağlı planlarından danışarkən bildirib ki, TÜRKSOY türkdilli dövlətlərin müstəqilliklərinin 25-ci ildönümünün birlikdə qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd edək ki, bu il keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının 25-ci ildönümü tamam olur. Türkiyə isə 1923-cü ildə oktyabrın 23-də Cümhuriyyət elan edilib. 

Son xəbərlər

Orphus sistemi