Yuxarı

Türkmənistan prezidenti qadınlara 11 dollar hədiyyə edəcək

Artıq bununla bağlı dövlət başçısı sərəncam imzalayıb

Bakı. 1 mart. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkədəki qadınlara 40 türkmən manatı (təxminən 11 dollar) hədiyyə edəcək.

Artıq bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, pul hədiyyəsi mülkiyyətindən asılı olmayaraq bütün idarə, müəssisələrdə və təşkilatlarda işləyən qadınlara, eləcə də pensiya və dövlətdən yardım alanlara, aspirantura, doktorantura və tibbi rezidenturada oxuyanlara, Türkmənistan Prezidenti yanında Dövlət Xidməti Akademiyasının dinləyicilərinə, tələbələrə, məktəblilərə və uşaq bağçasında işləyən tərbiyəçilərə veriləcək.

Hədiyyənin martın 1-dən 5-dək xanımlara təqdim olunması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi