Yuxarı
    Bağlamaq

    Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi festivalı keçiriləcək

    Adət-ənənələrə həsr edilən festivalda Azərbaycan Türk Boyları Konfederasiyası da iştirak edəcək

    Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 14-də Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi adlı adət-ənənə festivalı keçiriləcək. 

    "Report" xəbər verir ki, bu barədə məlumatı türk mətbuatı yayıb.

    Muğlanın Düzeyn Yaylasında keçiriləcək festival-şənlikdə Krım tatar türkləri, Şərqi Türküstan, İraq Türkmən Cəbhəsi, Suriya türkmənləri, Türkmənistanla yanaşı Azərbaycan Türk Boyları Konfederasiyası da, iştirak edəcək. 

    Şənliyə 45 ölkədən nümayəndələrin qatılacağı gözlənilir.

    Festival-şənlikdə türk xalqlarının adət-ənənələri, musiqi adətləri nümayiş etdiriləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi