Türkiyədə "Türk dili bayramı" keçiriləcək

Türkiyədə "Türk dili bayramı" keçiriləcək Bu festivalda 46 ölkədən 540 şagirdin iştirak edəcəyi gözlənilir
Mədəniyyət siyasəti
19 Avqust , 2016 17:11
Türkiyədə Türk dili bayramı keçiriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Yunus Əmrə İnstitutu tərəfindən avqustun 27-də İstanbulda II "Türk dili bayramı" festivalı keçiriləcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tədbir Türkiyə Prezident Administrasiyası tərəfindən himayə edilir.

Məlumata görə, festivalda 46 ölkədən 540 şagirdin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, İstanbulun Çırağan Sarayında "Türkcə yay məktəbi"nin VII toplantısı çərçivəsində "Türk dili bayramı" festivalının təqdimatı keçirilib. 

Son xəbərlər

Orphus sistemi