"Report" xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə düzənlənən tədbir Ankaradakı Türkiyə Milli Kitabxanasında keçiriləcək.
İ.Əfəndiyevin işlərinə həsr olunmuş tədbir çərçivəsində yazıçının həyatı haqqında film nümayiş olunacaq. Tədbirdə Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru Nizaməddin Şəmsizadə, İlyas Əfəndiyevin qohumları iştirak edəcəklər.