Türkiyə-Azərbaycan qardaşlıq xoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konset proqramı ilə çıxış edib

Türkiyə-Azərbaycan qardaşlıq xoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konset proqramı ilə çıxış edib İstanbul. 24 dekabr. REPORT.AZ/ İstanbulda Türkiyə-Azərbaycan Dərnəyinin yaratdığı Türkiyə-Azərbaycan qardaşlıq xoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Caddəbostan Mədəniyyət Mərkəzində ilk konset proqramı ilə çıxış edib.
Mədəniyyət siyasəti
24 Dekabr , 2017 15:52
Türkiyə-Azərbaycan qardaşlıq xoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konset proqramı ilə çıxış edib
"Report"

İstanbul. 24 dekabr. REPORT.AZ/ İstanbulda Türkiyə-Azərbaycan Dərnəyinin yaratdığı Türkiyə-Azərbaycan qardaşlıq xoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Caddəbostan Mədəniyyət Mərkəzində ilk konset proqramı ilə çıxış edib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, dərnəyin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 20 könüllünün qatıldığı xora "TRT Yurddan səslər xoru"nun rəhbəri Tekin Böyükkaya dirijorluq edib. 

Üç saat davam edən proqramda Kadıköy bələdiyyəsinin rəhbərinin müavini və Kadıköy valisi, Qars bələdiyyəsinin rəhbəri Murtaza Qaraçanta, yerli ictimaiyyət nümayəndələri, İstanbulda yaşayan həmvətənlərimiz, müxtəlif xalqların diaspor nümayəndələri iştirak edib. İstanbul valisi Vasip Şahin proqrama təbrik məktubu göndərib. O, məktubunda qardaşlıq xorunun qurulmasının hər iki ölkənin mədəniyyəti və musiqisi adına böyük işlərə imza atacağını bildirib.

Azərbaycan və Türkitı bayraqları ilə bəzədilmiş konset salonunda hər iki ölkənin musiqiləri səsləndirilib. Türkiyə-Azərbaycan dərnəyinin sədri Səfət Karakoyunlu "Report"a açıqlamasında tarixi bir gün yaşadıqlarını dilə gətirib: "Bura İstanbulun ən böyük mədəniyyət mərkəzidir. Salon dolu və qonaqların bəziləri proqramı ayaq üstə izləməli oldular. Burada səslənən musiqilər ürəyimizə sus səpdi. Xorumuz gələcəkdə daha böyük işlərə imza atacaq".

Son xəbərlər

Orphus sistemi