Torontoda Firəngiz Əli-zadənin "Oyan!"adlı konserti keçirilib

Torontoda Firəngiz Əli-zadənin "Oyan!"adlı konserti keçirilib Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olub
Mədəniyyət siyasəti
27 Oktyabr , 2015 11:07
Torontoda Firəngiz Əli-zadənin Oyan!adlı konserti keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, bəstəkar, görkəmli pianoçu Firəngiz Əli-zadənin "Oyan!" adlı konserti təşkil olunub.

Bu barədə "Report"a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Konsert Toronto şəhərində fəaliyyət göstərən Saşar Zərif Rəqs Teatrı və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Konsertin əvvəlində F.Əli-zadə pianoda solo ifa etdikdən sonra, gənc muğam ustası Mirələm Mirələmov, kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əli-zadənin bəstələdiyi əsər səhnələşdirilib.

Həmçinin, konsert zamanı "Oyan!" əsərinin yaranması haqqında qısa sənədli film nümayiş etdirilib. Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev də iştirak edib. O, səfirliyin adından Firəngiz Əli-zadəyə xüsusi minnətdarlığını ifadə etdikdən sonra ona təşəkkür diplomunu təqdim edib.

Konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləyib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olub. 

Son xəbərlər

Orphus sistemi