"Timsah Gena” cizgi filminin mahnısının müəllifi vəfat edib

"Timsah Gena” cizgi filminin mahnısının müəllifi vəfat edib Keçmiş SSRİ və Rusiyanın tanınmış şair və yazıçısı, məşhur “Timsah Genanın mahnıları” cizgi filminin müəllifi Aleksandr Timofeyevski 88 yaşında vəfat edib.
Mədəniyyət siyasəti
7 Yanvar , 2022 14:56
Timsah Gena” cizgi filminin mahnısının müəllifi vəfat edib
Aleksandr Timofeyevski

Keçmiş SSRİ və Rusiyanın tanınmış şairi və yazıçısı, məşhur “Timsah Gena” cizgi filminin mahnısının müəllifi Aleksandr Timofeyevski vəfat edib.

“Report” xəbər verir ki, bunu kinoşünas Sergey Kapkov feysbuk səhifəsində yazıb.

O, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aleksandr Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. “Timsah Gena” cizgi filminin mahnıları ona şöhrət qazandırıb.

A.Timofeyevski 1963-1983-cü illərdə “Soyuzmultfilm” kionstudiyasında redaktor işləyib. Uşaqlar üçün çoxsaylı hekayələrin və kitabların müəllifidir.

Son xəbərlər

Orphus sistemi