Rəvan Həsənov: "Multikulturalizm uğurlu siyasi modeldir"

Rəvan Həsənov: "Multikulturalizm uğurlu siyasi modeldir" Çin Xalq Respublikasının nüfuzlu “The Caspian Times” xəbər portalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovlamüsahibəni dərc edib.
Mədəniyyət siyasəti
469
25 Avqust , 2020 17:49
Rəvan Həsənov: Multikulturalizm uğurlu siyasi modeldir
Rəvan Həsənov

Çin Xalq Respublikasının nüfuzlu “The Caspian Times” xəbər portalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla müsahibəni dərc edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən "Report"a verilən məlumata görə, müsahibədə Azərbaycan multikulturalizm modelinin üstünlükləri, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycan Prezidenti İlham Əliyevin yeni çağırışları, bu siyasətin regional və qlobal təhlükəsizliyə verdiyi töhfələrdən geniş bəhs edilir.

Müsahibədə qeyd edilib ki, artıq multikulturalizm Azərbaycanda özünün ən yüksək nöqtəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və uğurlu bir siyasi modeldir. Azərbaycanda 30 dan çox müxtəlif mədəniyyətə sahib azsaylı xalqlar tarixi keçmişdən bu günə kimi sülh şəraitində birgə yaşayırlar. Eyni zamanda bütün dinlər də cəmiyyətdə sərbəst şəkildə təmsil olunur. Bu zamana kimi nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı Azərbaycanda yaşanmayıb. Əksinə, ən çətin zamanlarda həmrəylik müşaiyət olunub. 

Həmçinin bildirilib ki, multikulturalizm siyasətinin ölkənin daxilindəki vəziyyətə təsirindən başqa onun beynəlxalq imicinə müsbət təsiri vardır və hüquq dövləti olmasına da bariz sübutdur.

Eyni zamanda Azərbaycan dünya üçün mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də tanınır. Göründüyü kimi, multikulturalizm siyasətinin təsiri çox böyük və həyati əhəmiyyətlidir.

Müsahibədə eyni zamanda vurğulanıb ki, Azərbaycanın bütün ali təhsil məktəblərində bakalavr və magist pillələrində multikulturalizm bir fənn kimi tədris olunur. Müxtəlif etno-mədəni və dini məxsusluğu olan uşaqların eyni təhsil imkanlarına malik olması, onların bir sinifdə təhsil almaları, hətta azsaylı xalqların öz dillərində də təhsil imkanlarının onlara verilməsi məsələsi kifayət qədər əhəmiyyətli məsələdir. 

Son xəbərlər

Orphus sistemi