Yuxarı

Tehran və Təbrizdə azərbaycanlı rəssamlarının sərgisi açılacaq

İranın Bakıdakı mədəniyyət attaşesi: Sərgilər incəsənət və mədəniyyət sahələrində ölkələrimiz arasında münasibətlərin inkişafına yardım edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ İranın Tehran və Təbriz şəhərlərində tezliklə Azərbaycandan olan tanınmış azərbaycanlı rəssamların sərgisi açılacaq.

"Report" "Tehran Times"a istinadən xəbər verir ki, bu barədə İranın Bakıdakı mədəniyyət attaşesi Ebrahim Ebrahimi məlumat verib.

"Sərgilər incəsənət və mədəniyyət sahələrində ölkələrimiz arasında münasibətlərin inkişafına yardım edəcək", - deyə E.Ebrahimi bildirib.

Onun sözlərinə görə, İran tərəfi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) birgə simpoziumların keçirilməsi, eləcə də iki ölkənin rəssamlarının birgə emalatxanalarının yaradılması barədə razılığa gəlib.

O, həmçinin ADRA-nın rektoru Ömər Eldarovun İranın akademik mərkəzləri ilə əlaqələrin daha da inkişaf etdirilməsinə razılıq verdiyini bildirib.

Mədəniyyət üzrə attaşe vurğulayıb ki, eyni zamanda iranlı rəssamların Azərbaycanda, azərbaycanlı heykəltəraşların isə İranda emalatxanalarının yaradılması planda var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi