“Təbəssüm” qrupu Tbilisidə keçirilən festivalda diploma layiq görülüb - FOTO

“Təbəssüm” qrupu Tbilisidə keçirilən festivalda diploma layiq görülüb - FOTO Gürcüstanda Vaxtanq Çabukiani adına IV beynəlxalq xoreoqrafiya festivalı başa çatıb
Mədəniyyət siyasəti
2 Aprel , 2017 22:31
“Təbəssüm” qrupu Tbilisidə keçirilən festivalda diploma layiq görülüb - FOTO
Foto: "Report"

Tbilisi. 2 aprel. REPORT.AZ/ Tbilisidə tanınmış rəqqas və baletmeystr Vaxtanq Çabukiani adına IV beynəlxalq xoreoqrafiya festivalı başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkəmizi festivalda təmsil edən Azərbaycan Respublikası Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışı diploma layiq görülüb.

Aprelin 2-də beynəlxalq münsiflər heyəti diplomları qrupa təqdim edib.

Qeyd edək ki, festivalda Gürcüstan, eləcə də, Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar mübarizə aparıblar.

“Təbəssüm” qrupu “Bayram” və “Basqalı” rəqslərini ifa edib. Qrupun üzvləri İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdindəki Azərbaycanın Dostları Klubunda da olublar.

Klubun rəhbəri Leyla Əmrahova burada görülən işlər, Azərbaycanın təbliği və s. məsələlər barədə kollektivə məlumat verib.

Son xəbərlər

Orphus sistemi