Tayvanda Azərbaycanın "Sarı gəlin” mahnısı böyük marağa səbəb olub

Tayvanda Azərbaycanın "Sarı gəlin” mahnısı böyük marağa səbəb olub Tayvanda “Yi-lan Beyəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” keçirilir
Mədəniyyət siyasəti
20 İyul , 2016 20:25
Tayvanda Azərbaycanın Sarı gəlin” mahnısı böyük marağa səbəb olub

Bakı. 20 iyul. REPORT.AZ/ Ənənəvi olaraq hər il yay aylarında Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində “Yi-lan Beyəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” keçirilir.

Bu barədə "Report"a Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilədə uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 saylı Musiqi Məktəbi və V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edir.

ABŞ, Kanada, Russiya, Yaponiya, Meksika, Filippin, İndonesiya, Koreya, Tayland, İran, Hindistan, Slovakiya, Arqentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstan və s. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı Azərbaycanın “Aysel-Buta” Folklor qrupunun çıxışları, milli rəqsələrimizin və xüsusilədə “Sarı gəlin” mahnısının ifası xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat bəxş edib.

Festival həmçinin,ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.

Xatırladaq ki, avqustun 15-dək davam edəcək festival çıxışlarla yanaşı iştirakçı ölkələrin Tayvanın mədəni həyatı ilə tanış olması üçün yerli ekskursiya və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlərin təşkilinidə nəzərdə tutub.

Son xəbərlər

Orphus sistemi